Qubada oğurluğa görə saxlanılan şəxs özünə bıçaqla xəsarət yetirdi
    • 3-03-2022, 10:39
    • 957

Qubada oğurluğa görə saxlanılan şəxs özünə bıçaqla xəsarət yetirdi

Qubada oğurluğa görə saxlanılan şəxs özünə bıçaqla özünə xəsarət yetirib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 2-də saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılan və hadisənin “Khazar” markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi aşkar edilib.

Görülən tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirib.

İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Araşdırma aparılır.