İş və istirahət günlərinin yerləri DƏYİŞDİRİLDİ
    • 3-03-2022, 19:25
    • 1 570

İş və istirahət günlərinin yerləri DƏYİŞDİRİLDİ

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

News24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 mart – Beynəlxalq Qadınlar günüdür.

Beləliklə, 6, 7 və 8 mart tarixləri qeyri-iş günü olacaq.