Zelenskiyə qarşı 3 sui-qəsd cəhdi olub
    • 4-03-2022, 11:23
    • 785

Zelenskiyə qarşı 3 sui-qəsd cəhdi olub

Son bir həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı ən azı 3 sui-qəsd cəhdi olub.

News24.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb. 

Nəşrin məlumatına görə, Ukrayna prezidentini öldürmək tapşırığı ilə ölkəyə iki qrup - "Vaqner PMC"-nin muzdluları və çeçen xüsusi təyinatlıları göndərilib.

Sui-qəsd cəhdlərinin Ukraynada müharibəyə qarşı çıxan Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının sayəsində baş tutmadığı qeyd edilib. 

Qrupa yaxın mənbə bildirib ki, “Vaqnerlər” Zelenskini öldürmək cəhdləri zamanı itki veriblər.

Həmin şəxs prezidentin təhlükəsizlik komandasının əməliyyatla bağlı məlumatlılıq səviyyəsini “inanılmaz” adlandırıb.