Əməkdar rəssam VƏFAT ETDİ
    • 4-03-2022, 12:22
    • 1 386

Əməkdar rəssam VƏFAT ETDİ

Əməkdar rəssam, tanınmış heykəltəraş, Prezidentin fəxri diplomunun laureatı Albert Mustafayev 91 yaşında vəfat edib.

Sənətkarın dəfni ilə əlaqədar məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Qeyd edək ki, A. Mustafayevin müəllifi olduğu əsərlər sırasında Bakıdakı “Bəhram Gur əjdahanı öldürür” fontan kompazisiyası, Şuşada Molla Pənah Vaqifin məqbərəsindəki Vaqifin büstü, eləcə də paytaxt və regionlarda digər bir sıra əsərlər var. /Qafqazinfo/