Şəfanın vəfatından 14 il ötür - VİDEO
    • 4-12-2018, 16:46
    • 2 308

Şəfanın vəfatından 14 il ötür - VİDEO

Bu gün bir zamanların ən populyar və sevilən ifaçılarından olan Şəfa Hüseynovanın anım günüdür.

Şəfa 29 mart 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib.

Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib.

Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olub. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı.

Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara laiq görülüb.

Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova Ömrünün 30-cu payızında, 2005-ci il dekabrın 4-də dəhşətli avtomobil qəzası nəticəsində həlak olub.

//News24.az