Kinoteatrlarda say məhdudiyyəti daha olmayacaq - QƏRAR
    • 5-03-2022, 18:57
    • 2 981

Kinoteatrlarda say məhdudiyyəti daha olmayacaq - QƏRAR

Azərbaycanda mədəniyyət obyektlərində say məhdudiyyəti olmayacaq.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd edilib.

Bildirilib ki, martın 6-dan mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilir.