"İlin işgüzar xanımı" mükafatı təqdim olundu - FOTOLAR - VİDEO
    • 9-03-2022, 16:58
    • 1 893

"İlin işgüzar xanımı" mükafatı təqdim olundu - FOTOLAR - VİDEO

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə ənənəvi olaraq "İlin işgüzar xanımı" Müstəqil Milli Mükafatının təltifetmə mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbirin aparıcılıq missiyasını Sədaqət Rəşidqızı və Zabir Əliyev həyata keçiriblər. Tədbirdə il ərzində uğur qazanmış xanım millət vəkilləri, iş adamları, elm və təhsil sahəsində çalışan xanımlar, teleaparıcılar, jurnalistlər, dövlət qulluqçuları, gözəllik sahəsində fəaliyyət göstərən xanımlar mükafat və hədiyyələrlə təltif olunublar. 

Mükafat alanlar sırasında News24.az saytının baş redaktoru Ülkər Qasımova"Liatris Holding"in reklam direktoru Türkan Məmmədli də olub.