Ukraynada bu şəxslər ömürlük həbs olunacaq
    • 9-03-2022, 17:15
    • 1 461

Ukraynada bu şəxslər ömürlük həbs olunacaq

Ukrayna prezidenti Vladimir Zelenski dövlətə xəyanətə görə məsuliyyətin sərtləşdirilməsi haqqında qanun imzalayıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, qanuna əsasən, dövlətə xəyanət edən şəxslər üçün ömürlük həbsə qədər cəza nəzərdə tutulur.

Həmçinin, onların əmlakı müsadirədə olunacaq. 

Sərtləşdirmə talamaya görə cəza nəzərdə tutan maddəyə də tətbiq edilib. İndi həmin şəxslər 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.