Qanunsuz saxlanılan ov tüfəngləri götürüldü
    • 10-03-2022, 10:30
    • 648

Qanunsuz saxlanılan ov tüfəngləri götürüldü

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.