Ukraynanın itkiləri yeni sayını AÇIQLANDI
    • 10-03-2022, 22:15
    • 1 201

Ukraynanın itkiləri yeni sayını AÇIQLANDI

BMT Rusiya ordusunun Ukraynaya müdaxiləsi nəticəsində mülki əhalinin itkiləri ilə bağlı yenilənmiş məlumatları dərc edib.

News24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (UNHCHR) İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 549 nəfər dinc sakindir, daha 957 nəfər isə yaralanıb.

Ölən 549 nəfərin 101-i kişi, 67-si qadın, 6-sı qız və 9-u oğlan, o cümlədən cinsini müəyyən etmək mümkün olmayan 26 uşaq və 340 böyükdür.