“Netflix”, “Oskar”, “Emerald” - Vilma Ellesin Bakı səyahəti - FOTO
    • 10-03-2022, 23:20
    • 1 512

“Netflix”, “Oskar”, “Emerald” - Vilma Ellesin Bakı səyahəti - FOTO

“Bakını çox sevdim. Şəhər tez-tez dəyişir, yenilənir. Bura möhtəşəmdir”.

News24.az Olay-a istinadən xəbər verir ki, açıqlamasında bir neçə gün əvvəl iş xanımı Ruhi Əliyevanın sahibi olduğu “Emerald Boutique”in çəkilişləri üçün Azərbaycana gələn aktrisa Vilma Elles deyib.

O bildirib ki, daha əvvəl  6-7 dəfə paytaxtda qonaq olub:

“Dəfilələr, premyeralar üçün gəlmişdim. İlk dəfə isə “Formula-1” yarışlarına görə Bakıya səyahət etmişdim. İnsanları çox kübar, əziz, dəyərlidir. Ona görə təkrar burada olduğum üçün xoşbəxtəm”.

Aktrisa həmçinin, R. Əliyeva ilə işbirliyinin necə ərsəyə gəlməsindən də bəhs edib:

“Ötənlərdə TMB-də yayımlanan verilişdə oldum. Deyəsən, o proqramı izlədilər. Mənim mətbuat katibimlə əlaqə saxladılar. Beləliklə, bura gəldim. Ruhi xanımla bağlı çox gözəl sözlər eşitmişəm. Dəyərli bir insan olduğunu anladım. Həm də zərif və zövqlüdür. Butikdəki zinət əşyaları da bir-birindən fərqli və özəldir. Onun da, mənim də əkiz övladlarımız var. Ümumiyyətlə əkiz anaları bir-birilərini yaxşı başa düşürlər”.

Sənətçi ekranlarda az görünməyinin səbəbini də açıqlayıb:

“Bu həftə Berlindəydim, baş rolunda oynadığım film var. Onun səhəri gün mahnı yazdırmağa getdim. Parisdə bir proqram çəkdik. İzmirdə reklam çəkilişim oldu. İndi isə buradayam. İki gün sonra yenə çəkiliş baş tutacaq. “Netflix”də bir layihədə yer aldım. Bir filmim də Oskara namizədlər sırasında idi. Həm Amerika, həm Almaniya, həm də Parisdə işlərim olur. Bir çox serialda, “Arka Sokaklar”da, “Yetər” və başqa ekran işlərində yer aldım. Təbii ki, bütün işlərimi sevirəm”