Bayram Hacızadə “Əzim Əzimzadə” medalı ilə təltif olundu
    • 11-03-2022, 14:13
    • 1 459

Bayram Hacızadə “Əzim Əzimzadə” medalı ilə təltif olundu

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar İncəsənət xadimi Bayram Hacızadə “Əzim Əzimzadə” medalı ilə təltif olunub.

News24.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı tərəfindən 2020-ci ildə təsis olunmuş “Əzim Əzimzadə” mükafatının ilk medalı Bayram Hacızadəyə Əzim Əzimzadə irsini yaşatmaq, görkəmli rəssamın həyat və yaradıcılığının tətqiqi və təbliğinə görə verilib.

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Rəssamlar İttifaqının rəyasət heyətinin üzvləri iştirak etmişlər. “Əzim Əzimzadə” medalını Bayram Hacızadəyə təqdim edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmkarına yaradıcılıq uğurları, yeni-yeni nailiyyətlər arzulayıb.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin