-
- 5-12-2018, 11:33
- 4 180
Nazilə Səfərli "Maşın Şou"da şeirləri ilə "baş kəsəcək"
Dekabrın 13-ü ölkənin televiziya məkanının ən baxımlı şousu - "Maşın Şou" növbəti buraxlışına start verir.
ATV kanalında yayıma girəcək "Maşın"da iştirak edəcək tanınmışların adları M Group Production tərəfindən şou gününə qədər gizli saxlanılmağa çalışılsa da etibarlı mənbələrdən News24.az-a bir qism iştirakçıların kimlikləri barədə məlumat daxil olub.
Mənbənin saytımıza verdiyi məlumata görə şouda iştirak edəcək 18 nəfərdən biri şairə, xınayaxdı mərasimlərinin əvəzsiz aparıcısı Nazilə Səfərlidir. Ölkə gündəmində son vaxtlar jurnalist-aparıcı Xoşqədəm Hidayətqızı ilə adı məlum ər qalmaqalında hallanan xanım Səfərlinin hazırda sosial şəbəkələrdə ən çox danışılan, eləcə də TV proqramların ən çox qonaq qismində dəvət edilən isimlərdən olduğu danılmazdır. Görünür "Maşın"ın Azərbaycan TV-sində yaradıcısı olan Murad Dadaşov da Nazilə xanımın maraqlı persona olduğunu nəzərə alaraq, şousuna rəng qatması üçün şairəyə dəvət yollayıb. Mənbə qeyd edir ki, şairə xanım məmnuniyyətlə dəvəti qəbul edib. Hətta bu səbəbdən öncədən dəvət aldığı əksər xınayaxdı mərasimlərini təxirə salıb. Nə də olmasa, ölkənin 1 nömrəli şousunda iştirak edib, reytinq qazanmaq hər tanınmışa nəsib olmur ki, Nazilə xanımın bu fürsəti əməlli-başlı dəyərləndirəcəyinə şübhə yoxdur. Hətta Xoşqədəmin, Xatunun və Fatimənin "rəfiqəsi" sayılan şairənin şouda şeirləri ilə iştirakçıların "başlarını kəsərək" bir-bir uzaqlaşdırması istisna deyil...
Şouda iştirak edəcəyini öz dilindən də eşitmək üçün xanım Səfərli əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, cəhdlərimiz boşa çıxdı...
Mənbənin verdiyi məlumata görə şouda iştirakı təstiqlənmiş digər iştirakçılardan biri də əməkdar artist Ruhəngiz Allahverdiyevadır. Nazilə Səfərlidən fərqli olaraq "Barbi"nin şouya nə dərəcədə rəng qatacağı barədə fikir bildirə bilmərik...
Azər NƏSİBOV