ABŞ Peskovun ailəsinə sanksiya tətbiq etdi
    • 12-03-2022, 02:30
    • 1 240

ABŞ Peskovun ailəsinə sanksiya tətbiq etdi

ABŞ Rusiya Dövlət Dumasının 12 deputatına, həmçinin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşına və övladlarına qarşı sanksiyalar tətbiq edib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə bildirib.

N.Prays Vaşinqtonun hansı məhdudiyyətləri tətbiq etdiyini açıqlamayıb.

Qeyd edək ki, D.Peskov fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka ilə evlidir.