-
- 14-03-2022, 12:51
- 866
Yağış, qar gözlənilir - SABAHIN HAVASI
Martın 15-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, gecəyə doğru Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 2-7° isti olacaq. Bakıda gecə və gündüz 2-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.