Qurban Qurbanovun jesti UEFA-da müzakirə olundu
    • 14-03-2022, 20:15
    • 1 357

Qurban Qurbanovun jesti UEFA-da müzakirə olundu

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub.

Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış fair play hadisəsi də iclasın gündəliyinə daxil olunub. Bu, AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə gerçəkləşib. İclas iştirakçıları məsələ barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirib və qol qərarı ləğv olunub. /Apasport.az/