Salyanda “Ulu Öndər və müstəqil Azərbaycan gəncliyi” mövzunda anım tədbiri keçirilib
    • 5-12-2018, 14:42
    • 1 275

Salyanda “Ulu Öndər və müstəqil Azərbaycan gəncliyi” mövzunda anım tədbiri keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Salyan rayon 2 nömrəli tam orta məktəbdə “Ulu Öndər və müstəqil Azərbaycan gəncliyi” mövzunda tədbir keçirilib.

Gənclər və İdman Nazirliyinin saytında xəbər verilir ki, Salyan rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Salyan rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və ümumxalq məhəbbətini qazanan Ulu Öndər kimi qaIacaq. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda dahi şəxsiyyətin misilsiz xidmətləri xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Fərəh hissi ilə deyə bilərik ki, Ulu Öndərin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və qətiyyətlə davam etdirilir.
Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyeva bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Ulu Öndərimizin miras qoyduğu müstəqil və qüdrətli Azərbaycan bu gün Prezidentin yürütdüyü siyasət nəticəsində regionun lider dövlətinə çevrilib.
Digər çıxışlarda dahi şəxsiyyətin xalqımızın tarixində taleyüklü missiyasından söhbət açılıb, əbədiyaşar liderin həmişə gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirdiyi vurğulanıb.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib, ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə dair videoçarx nümayiş olunub.

//AZƏRTAC