Dünya çempionu Zaur Yusifov dəfn edildi -FOTO
    • 15-03-2022, 14:08
    • 1 885

Dünya çempionu Zaur Yusifov dəfn edildi -FOTO

Dünən axşam saatlarında Bakıda güllələnərək öldürülən dünya çempionu Zaur Yusifov dəfn edilib. 

Z.Yusifov Binəqədi qəsəbəsində torpağa tapşırılıb. Dəfndə onun ailə üzvləri, qəsəbə camaatı və idmançı dostları iştirak ediblər.

Qeyd edək ki, Z.Yusifov kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu 22 yaşlı Samir Şirəliyev tərəfindən öldürülüb.

Yusifov özü də “Emin 444”ün qətlində sifarişçi kimi ittiham edilsə də, bir müddət öncə bəraət almışdı. O, ötən gecə Binəqədidə 6-cı mikrorayon ərazisindəki marketlərdən birində “Vinçester” silahı ilə öldürülüb. /Kriminalqafqaz/