-
- 16-03-2022, 10:03
- 1 042
Xaçmazda dəhşət: Fəhlə zibildaşıyan traktorun altında öldü
Xaçmaz rayon Məhkəməsində ötən ilin 14 fevral tarixində Xaçmaz şəhərində məişət tullantılarının daşınmasını həyata keçirən traktorun fəhlə Böyükağa Nəzərovu vurub öldürməsi fakt ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, məhkəmədə bildirilib ki, 1958-ci il təvəllüdlü Əhməd Şixverdiyev Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan «MTZ-80 XL» markalı AZ 27K293 qeydiyyat nişanlı qoşqulu traktoru Xaçmaz şəhəri, Bakı prospektində yerləşən idarənin yanında məişət tullantılarını toplayarkən nəqliyyat vasitəsini hərəkətə gətirib. Bu zaman zibilləri qoşquya yükləyən fəhlə B.Nəzərov yıxılaraq təkərinin altında qalıb və ağciyəri zədələnib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs fevralın 28-də vəfat edib.
Hadisəni törədən kommunal idarənin sürücüsü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Məhkəmə onun 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verib.