Ötən gün 61 cinayətin üstü açılıb
    • 18-03-2022, 11:02
    • 637

Ötən gün 61 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılıb. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 102 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.