Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO
    • 23-03-2022, 11:36
    • 1 803

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər - FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

News24.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.