Vətən Müharibəsi Qəhrəmanının toyu oldu - Foto
    • 23-03-2022, 12:38
    • 1 967

Vətən Müharibəsi Qəhrəmanının toyu oldu - Foto

Vətən Müharibəsi Qəhrəmanı, qazi İzzət Zakir oğlu Balacayevin toy mərasimi keçirilib.
 
News24.az-ın xəbərinə görə, toy məclisi Sumqayıt şəhərində təşkil olunub.  Mərasimdə şəhər rəhbərliyi, bəyin hərbçi yoldaşları və yaxınları iştirak edib.
 
Qeyd edək ki, 1993-cü il təvəllüdlü baş leytenant İzzət Balacayev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd, Kəlbəcər, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və torpaqlarımızın azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Prezident İlham Əliyevin Sərəncamına əsasən İzzət Balacayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
 
İzzət Balacayev, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və “Şücaətə görə” medalları ilə təltif olunub.