Həyat yoldaşını "Range Rover"lə vurduqdan sonra bıçaqlayıb öldürdü - Azərbaycanda DƏHŞƏTLİ QƏTL
    • 24-03-2022, 15:25
    • 1 891

Həyat yoldaşını "Range Rover"lə vurduqdan sonra bıçaqlayıb öldürdü - Azərbaycanda DƏHŞƏTLİ QƏTL

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. 

News24.az APA-ya istinadən xəbər verir ki, Hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. 

Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, qadın xəstəxanada ölüb.

Hadisənin səbəbləri araşdırılır.