Makqreqor SAXLANILDI

Makqreqor SAXLANILDI
İDMAN

24-03-2022, 16:06

Mətn ölçüsü

İrlandiyalı “Ultimate Fighting Championship” (UFC) döyüşçüsü Konor Makqreqor paytaxt Dublində təhlükəli avtomobil idarə etdiyinə görə saxlanılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə İrlandiyanın “İndependent” qəzeti məlumat yayıb.

Həmçinin idmançıdan dəyəri 170 min avro olan “Bentley” markalı avtomobili müvəqqəti olaraq müsadirə edilib.

Makqreqor polis bölməsinə aparılıb və oradan da girov müqabilində sərbəst buraxılıb. Makqreqora təhlükəli avtomobil sürməkdə ittiham olunub və gələn ay rayon məhkəməsinə çıxarılacaq.

Məhkəmə Makqreqoru təhlükəli maşın sürməkdə təqsirli bilsə, irlandiyalını 5000 avroya qədər cərimə və ya altı aya qədər həbs və ya hər iki cəza bir arada gözləyir.

Qeyd edək ki, Makqreqorun 33 yaşı var, o, qarışıq döyüş sənətlərində 22 qələbə qazanıb və altı dəfə məğlub olub. O, ilk UFC titulunu 2015-ci ildə qazanıb, daha sonra təşkilat tarixində eyni vaxtda müxtəlif çəki dərəcələrində iki titul sahibi olan ilk döyüşçü olub.