-
- 28-03-2022, 11:52
- 783
“OBA”nın inkassatoru dəhşətli qəza törətdi – ÖLƏN VAR
29 avqust 2021-ci il tarixində saat 22 radələrində Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində 1994-cü il təvəllüdlü T.Səmədovun idarə etdiyi “Mercedes E Class” markalı avtomobillə törətdiyi ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Bəlli olub ki, 1994-cü il təvəllüdlü T.Səmədov “Oba” marketlər şəbəkəsində inkassator kimi çalışır və həmin gün axşam avtomobili ilə təkcə evə qayıtmaq məqsədilə mərkəzə doğru hərəkət edib. Onun sürdüyü “Mercedes” Z.Bünyadov prospektində saatda 90 kilometr sürətlə hərəkətdə olarkən təkərlərdən biri qəfil sıradan çıxıb və bardürə çırpılan avtomobil əks hərəkət zolağına çıxıb. Nəticədə T.Səmədovun avtomobili Anar Ləzgiyevin sürdüyü “VAZ 2104”ə və digər “Mercedes”ə çırpılıb. Nəticədə A.Ləzgiyev aldığı xəsarətlərdən vəfat edib, daha bir neçə nəfər xəsarət alıb. T.Səmədov isə ciddi xəsarət almadan qəzadn çıxıb.
Məhkəmədə mərhum A.Ləzgiyevin həyat yoldaşı ərinin ölmünə səbbə olan sürücü ilə barışmadığını bildirib.
Digər zərərçəkən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
T.Səmədov gənc olduğunu, ilk dəfə qəza törətdiyini, kirayədə yaşadığını və zərərçəkənlərlə barışmağa dəfələrlə cəhd etdiyini bildirib və məhkəmədən yüngül cəzaya məhkum edilməsini xahiş edib.
Nərimanov rayon Məhkəməsi təqsirləndirilən şəxsi 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə, məhkəmə zalındaca həbs edilməsinə və cəzasını ümumi rejimli müəssisədə çəkməsinə hökm edib.