Taxılın və çörəyin qiymətində artım olacaq? - Açıqlama
    • 29-03-2022, 16:13
    • 1 966

Taxılın və çörəyin qiymətində artım olacaq? - Açıqlama

Hindistan Azərbaycan da daxil olmaqla 30 ölkəyə buğda ixracını artırmaq üçün müraciət edəcək. Bu barədə məlumat Hindistan mətbuatında yer alıb. 

Hindistan Kənd Təsərrüfatı Nazirlyinin rəsmisi bildirib ki, 30 ölkədən 10-15-i Hindistan buğdasının müştəriləridir.

Maraqlıdır,  Azərbaycan da Hindistandan buğda ixrac edəcəkmi? Ümumiyyətlə, Ukrayna cəbhəsindəki vəziyyətlə əlaqədar buğdanın və çörəyin qiyməti arta bilərmi? 


İqtisadçı-ekspert Fuad İbrahimov News24.az-a açıqlamasında bildirib ki, taxılın və çörəyin qiymətinin bahalaşması gözləniləndir: "Rusiya və Ukrayna arsında gedən münaqişə nəticəsində dünya brijalarında taxılın qiymətində daha çox artım baş verə bilər. Bu da öz növbəsində Azərbaycana, o cümlədən taxıl sektoruna mənfi təsir göstərəcək. Rusiya dünyada taxil ixratçısı kimi birinci yerdədir. Ukrayna da bu sıralamada ilk beşlikdədir. Rusiya Avropa və Qərbə qarşı sanksiyalarıyla taxılın satışında məhdudiyyət yarada bilər. Ukraynada da hərbi əməliyyatlar Qara dəniz üzərindən həyata keçirildiyi üçün taxıl ixrac edən limanlar bloklanıb. Bu baxımından ticarət əməliyyatları həyata keçirilmir. Nəticədə bu vəziyyət dünyada taxılın qiymətinə mənfi təsir göstərəcək".

Ekspert qeyd edib ki, belə olan təqdirdə Azərbaycan da məcburiyyət qarşısında qalıb dünya brijasında olan qiymətlərə uyğun olaraq bahalı buğda idxal edə bilər: "Hindistanın Azərbaycana buğda ixracı mümkündür. Lakin coğrafi cəhətdən daha uyğun Rusiya, Ukrayna və Qazaxıstandır.  Hətta Qazaxıstan daha əlverişlidir. Hindistandan Azərbaycana, Çin və Avropa arasında İpək yolu vasasitəsi ilə keçən kommnikasiya mövcuddur. Əlbəttə, bu baxımdan o ölkədən də idxal mümkündür. Amma logistik və coğrafi göstəricilərə görə, ordan alınan məhsulların qiymətlərində müəyyən fərqlər olacaq”.  

Xatırladaq ki, statistikaya əsasən, Hindistan 2021-ci ildə dünyada buğda istehsal edən ölkələr sırasında Çindən sonra ikinci yerdə qərarlaşıb.



Şahnun Qasımova