-
- 30-03-2022, 11:43
- 941
Xırdalana qızının evinə qonaq gedən kişi faciəvi şəkildə öldü
Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş 1990-cı il təvəllüdlü Məzahir Babayev məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, ötən il oktyabrın 2-də saat 22 radələrində Xırdalan şəhəri idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 1940-cı il təvəllüdlü Məmmədəli İmanıyevi vurub. Nəticədə xəstəxanaya aparılan kişi yolda vəfat edib.
Xırdalan-Bakı istiqamətində taksi fəaliyyəti göstərən Məzahir barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb. Cinayət işinə Aberon rayon Məhkəməsində baxılıb. Məlum olub ki, vəfat edən 81 yaşlı həmin vaxtı qızının Xırdalandakı evinə qonaq gəlib və orada yaşayırmış. O, axşam saatlarında yolu keçərkən saatda 50 kilometr sürətlə hərəkətdə olan “Renault Tondar” markalı avtomobilin zərbəsinə tuş gəlib və Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Məhkəmədə zərrəçəkən tərəf Məzahirin onlara maddi yardım göstərdiyini bildirib və şikayətçi olmayıb.
Abşeron rayon Məhkəməsinin hökmü ilə hadisəni törədən sürücü 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.