Naxçıvanda məktəbin uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb - SİYAHI
    • 31-03-2022, 20:00
    • 1 589

Naxçıvanda məktəbin uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb - SİYAHI

Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin adları məlum olub.

Bu barədə News24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir.

Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılmışdır. Həlak olan şəxslər: - 2000-ci il təvəllüdlü Qadir Süleymanov, - 1972-ci il təvəllüdlü Həsən Əliyev, - 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov, - 1988-ci il təvəllüdlü Asəf Rüstəmov. Xəsarət alan şəxs: - 1996-cı il təvəllüdlü Alı Əliyev. Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.