Ağcabədidə fermada yanğın oldu
    • 1-04-2022, 12:48
    • 1 770

Ağcabədidə fermada yanğın oldu

Ağcabədi rayonunda fermada yanğın olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Şənlik kəndində, ferma ərazisində ümumi sahəsi 32 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.