Xızıda yararlı tank mərmisi tapıldı
    • 5-04-2022, 11:40
    • 642

Xızıda yararlı tank mərmisi tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülüb kənarlaşdırılaraq, müvafiq qaydada zərərsizləşdirilib.