Öldüyü deyilən əməkdar artistdən - AÇIQLAMA
    • 7-12-2018, 10:43
    • 991

Öldüyü deyilən əməkdar artistdən - AÇIQLAMA

Əməkdar artist Coşqun Rəhimov ölüm xəbərinin yayılmasına münasibət bildirib. 

News24.az xəbər verir ki, aktyor bu tip xəbərləri kimlərin yaydığını bilmədiyini və sağlamlığında heç bir problemin olmadığını açıqlayıb:

"Əziz dostlar, gördüyünüz kimi, hər şey öz qaydasındadır. Növbəti konsertlərimizə hazırlaşırıq. Yayılan xəbərlərə aldanmayın. Bilmirəm bu nə bəladır. Dualarınızı əskik etməyin".

Teymur MƏMMƏDOV