“Şuşanın dörd fəsli” Beynəlxalq fotoqraflar müsabiqəsinin təqdimatı baş tutdu - FOTOLAR
    • 5-04-2022, 14:33
    • 1 942

“Şuşanın dörd fəsli” Beynəlxalq fotoqraflar müsabiqəsinin təqdimatı baş tutdu - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşanın dörd fəsli” Beynəlxalq fotoqraflar müsabiqəsinin təqdimatı baş tutub.

News24.az xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə, Muzeylər və qalereyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva və layihənin kuratoru Angelo Bujarelli iştirak edib.

Tədbirdə layihə barədə ətrafl ıməlumat verilib. Bildirilib ki, 4 ölkənin fotoqrafları yaz, yay, payız və qış aylarında Şuşaya səfər edərək oranın gözəl mənzərələrini, görülməli yerlərininin fotolarını çəkəcəklər. 

Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadan olan fotoqrafların çəkdiyi ümumilikdə 100-120 foto seçiləcək və kitab-kataloq formatında ingilis dilindıə çap ediləcək.

Layihənin sonunda bəzi ölkələrdə fotosərgi keçiriləcək. Sərgilər ilk olaraq çəkilişdə iştirak edən fotoqrafların ölkəsində təşkil ediləcək.