-
- 5-04-2022, 15:01
- 1 646
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprel ayının 29-da Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyənlər Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.