-
- 6-04-2022, 18:00
- 521
Zakir Sultanovun məhkəməsində vəkili çıxış etdi
Bakı Apellyasiya Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
News24.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Babayev çıxış edib.
O bildirib ki, müdafiə etdiyi şəxs dəymiş ziyanın hamısını ödəyib: "Ziyanın hamısı ödənildiyi halda təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan hökm çıxarılmasını xahiş edirik".
Məhkəminin növbəti iclası aprelin 20-nə təyin edilib.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Z.Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. /Report/