Təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlandı
    • 7-04-2022, 11:51
    • 432

Təhsil krediti almaq üçün müraciət edənlərin sayı açıqlandı

Yaz semetri üzrə təhsil tələbə kreditlərinə 3000 nəfər müraciət edib. 

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

O bildirib ki, hazırda müraciətlərin emalı gedir: "Artıq onlardan 400-ə yaxın tələbəyə təyinat aparılıb". /Report/

11:28

Azərbaycanda 2021-2022 tədris ilinin payız semestri üzrə 2 899 tələbə təhsil tələbə kreditləri alıb.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

Onun sözlərinə görə, onlardan 2485 nəfəri bakalavriat, 363 nəfəri magistratura səviyyəsi üzrə oxuyanlardır. Eyni zamanda 51 nəfər orta ixtisas təhsillidir: "Təhsil tələbə krediti alan şəxslərdən 1603 nəfəri qadın, 1296 nəfəri isə kişidir. Ötən dövrdə ən çox təhsil tələbə krediti rəsmiləşdirilmiş ali təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti olub. Təhsil tələbə krediti alan tələbələrdən 916 nəfəri IV kurs, 765 nəfəri II kurs, 677 nəfəri III kurs, 455 nəfəri I kurs, 78 nəfəri V kurs, 8 nəfəri isə VI kursdur. Tələbələrdən 2638-i Azərbaycan, 136-sı rus, 125-i isə ingilis dilində təhsil alır". /Report/