Ceyhun Bayramov Lavrovla danışdı
    • 8-04-2022, 20:26
    • 725

Ceyhun Bayramov Lavrovla danışdı

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.