“Arsenal” futbolçularının “kef məclisi”: Araq və şənləndirici qaz - VİDEO
    • 7-12-2018, 17:25
    • 1 507

“Arsenal” futbolçularının “kef məclisi”: Araq və şənləndirici qaz - VİDEO

İngiltərənin “Arsenal” klubunun futbolçularının narkotik vasitə qəbul etdiyini əks etdirən görüntü yayılıb. 

“Topçular”ın ulduzları Aleksandr LakazetMateo QenduziMəsut ÖzilPyer-Emerik Obameyanq və Sead Kolaşinatsın şarın içinə doldurulmuş təhlükəli qazı - azot oksidi (şənləndirici qaz) sinələrinə çəkdiyini görmək olur.
 
70 qadının xüsusi dəvət edildiyi çılğın “kef məclisi”nin avqust ayında Londonda yeni futbol mövsümünün başlamasından bir neçə gün əvvəl keçirildiyi deyilir.

Görüntü ilə tanış olan “Arsenal” rəhbərliyi oyunçularına bu davranışa görə xəbərdarlıq edəcəyinə söz verib:
“Futbolçularla bu haqda söhbət aparılacaq və onlara klub təmsilçiləri kimi belə hallara qarşı məsuliyyət daşıdıqları xatırladılacaq”. 

Görüntüdə qazı sinəyə çəkdikdən sonra 30 yaşlı Özilin gözlərinin bərəldiyi, müvazinətini itirərək, yerə yıxıldığı və az qala huşunu itirəcəyi görünür. Lakazet gülüş sədaları altında divana yıxılır. 19 yaşlı fransalı Mateo Qenduzi isə oturduğu divanda huşunu itirir. 

Bu partidə Şkodran Mustafi və Henrix Mxitaryan iştirak etsə də, onlar, sadəcə, içkilərlə kifayətlənir. İçkilər arasında 2500 funt dəyərində viski, iki min funt dəyərində şampan və iki minlik araq olub.

Onu da bildirək ki, Londonun “Teyp” klubunda keçirilən həmin “kef məclisi” futbolçulara 25-30 min funt sterlinqə başa gəlib. Bu partidə iştirak edən qızlardan birinin dediyinə görə, futbolçulardan bəziləri gecə saat 04:00-da qara “Mercedes”lə əyləncə məkanını tərk edib.

Qeyd edək ki, şarın içində olan azot oksidi və ya sadə dillə desək, əyləndirici qaz ciddi sağlamlıq problemlərinə, o cümlədən ürək çatışmazlığına və ən pis hallarda ölümə səbəb ola bilər.
//Oxu.az