Mühafizəçi işə gedəndə ağır qəza törətdi – ÖLƏN VAR
    • 11-04-2022, 18:11
    • 628

Mühafizəçi işə gedəndə ağır qəza törətdi – ÖLƏN VAR

Ötən ilin 4 oktyabr tarixində Abşeron rayonu Digah kəndində baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Abşeron rayon Məhkəməsində keçirilən prosesdə sürücü, 2001-ci il təvəllüdlü Nihad Babayev Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, Nihad Masazırdakı supermarketdə mühafizəçi işləyib və hadisə o, səhər saatlarında idarə etdiyi “Vaz” markalı avtomobillə işə gedərkən baş verib. Belə ki, Nahid “VAZ 2107” markalı maşınla Digah qəsəbə H.Rəhimov hərəkətdə olarkən maşının önünə çıxan digər avtomobil onu çaşdırıb. Nəticədə avtomobil idarəetmədən çxaraq köhnə bələdiyyə binasına çırpılıb və bu zaman piyada Elmar Xanəliyev maşının altında qalaraq ölüb. Məlum olub ki, həmin vaxt piyada ərazidəki restoranın qarşısını təmizləyirmiş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Məhkəmə 21 yaşlı sürücünü 2 il sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə hökm edib.