Bakının mərkəzində zəncirvari qəza – 5 avtomobil toqquşdu – VİDEO
    • 12-04-2022, 16:34
    • 370

Bakının mərkəzində zəncirvari qəza – 5 avtomobil toqquşdu – VİDEO

Bu gün günorta saatlarında Bakının Nəsimi rayonu ərazisində zəncirvarı yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Abbasqulu Ağa Bakıxanov küçəsində 5 avtomobil bir-birinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Qəzanın baş verdiyi yerdən çəkilmiş görüntüləri təqdim edirik.