-
- 7-12-2018, 18:20
- 929
Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı nazir Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində xüsusi yerdə olduğunu və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və həyata keçirilən işlərlə bağlı qonaqları məlumatlandırmışdır.
Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyi haqqında danışan nazir görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu sahədəki xidmətlərini xüsusi vurğulayıb.
Eyni zamanda nazir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan “Nuri-didə Ceyhun” pyesi haqqında məlumat verib.
O qeyd edib ki, Ceyhun Hacıbəyli obrazının canlandırıldığı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.
Ceyhun Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və görüşdən böyük məmnunluğunu ifadə edib.
//Report