Şəhid anası oğlunun 100 manatını Gülərə bağışladı - Hər kəsi ağladan görüntülər-VİDEO
    • 12-04-2022, 23:17
    • 298

Şəhid anası oğlunun 100 manatını Gülərə bağışladı - Hər kəsi ağladan görüntülər-VİDEO

"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişinin son buraxılışında duyğusal anlar yaşanıb.

Bir müddətdir müalicəsi üçün yardım aksiyası keçirilən azyaşlı Gülərə bu dəfə şəhid anası qoşulub. Belə ki, Birinci Qarabağ Müharibəsi veteranı, eləcə də şəhid anası olan Yevgeniya Zenikina oğlunun şəhid olmasına görə dövlət tərəfindən hər ay ona ödənilən vəsaitin 100 manatını efir vaxtı Gülərin anasına təqdim edib.

Şəhid anasının bu hərəkəti studiyada olanları, eləcə də "Xəzər TV" əməkdaşlarına  qəhər və qürur hissi yaşadıb. Həmin görüntüləri təqdim edirik: