-
- 13-04-2022, 10:40
- 531
“Ermənistanın XİN başçısı ilə müzakirələr konstruktiv keçdi”
“Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”.
News24.az -a xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bildirilib ki, hər iki dövlətin rəhbərləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq tərəflər gələcək sülh sazişinin hazırlanması, Birgə Sərhəd Komissiyasının təşkili, eləcə də humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.