-
- 7-12-2018, 18:50
- 1 763
“Kardeş kalemler” jurnalı noyabr nömrəsini görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib - FOTOLAR
Türkiyədə nəşr olunan “Kardeş kalemler” aylıq Avrasiya ədəbiyyat jurnalı noyabr buraxılışını görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edib.
Jurnalın bu nömrəsi Avrasiya Yazarlar Birliyi və “Buta” Azərbaycan mədəniyyətini yayma və yaşatma dərnəyinin ortaq layihəsi olaraq hazırlanıb. Jurnalda akademik Nizami Cəfərovun “Mir Cəlal və dünya xalqları”, professor Təyyar Salamoğlunun “Bir gəncin manifesti” esse romanı”, yazıçı-şair İftixar Piriyevin “Mir Cəlalın manifesti”, filologiya elmləri doktorları Almaz Ülvinin “Mir Cəlal: bir yarpaq söz”, Vaqif Yusiflinin “Mir Cəlal həqiqətləri”, Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının “Mir Cəlal Paşayev”, gənc tədqiqatçı Şahanə Muşfiqin “Həcv və satira janrında iki usta isim: Mir Cəlal və Əziz Nesin” məqalələri yer alıb. Bundan başqa, yazıçının “Dostumun qonaqpərvərliyi” və “Nazik mətləb” hekayələri Oktay Hacımusanın tərcüməsində türkdilli oxuculara təqdim olunub.
Məqalələrdə Mir Cəlal Paşayevin zəngin yaradıcılıq yolu ətraflı təhlil olunur, ədibin böyük ədəbi ustalıqla qələmə aldığı əsərlərin mahiyyətindən bəhs edilir. Tədqiqatçılar əsaslandırırlar ki, Mir Cəlal Paşayev əsərləri bütün dövrlərdə cəlbedici olmuş, geniş oxucu auditoriyasına sahib çıxa bilmişdir.
Nəfis tərtibatda oxucuların görüşünə gələn jurnalda görkəmli ədibin həyatını əks etdirən maraqlı fotolara da yer ayrılıb.
//AZƏRTAC