-
- 13-04-2022, 19:16
- 347
“Rusiyaya qarşı vuruşmağı düşünürəm” - Şon Penn
Məşhur amerikalı aktyor Şon Penn Ukrayna tərəfində Rusiyaya qarşı müharibəyə qoşulmağı düşündüyünü bildirib.
Aktyor bunu “Hollywood Authentic” jurnalına danışan zaman deyib:
“ Ukraynadasınızsa, bu, sizin ağlınızdadır. Digər tərəfdən, "Bu necə bir əsrdir?" deyə düşünürsən? Ötən gün mən Brentvudda yanacaqdoldurma məntəqəsində idim, indi Rusiyaya qarşı əlimə silah almağı düşünürəm".
Penn işğaldan bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə görüşü barədə bu sözləri deyib:
"O anda fövqəladə cəsarətlə ayağa qalxmalı olan bir insana baxmaq məni çox təsirləndirdi. Düşünürəm ki, o, doğulmasının səbəbini tapıb".
Qeyd edək ki, Şon Penn Rusiyanın hücumlarının ilk günlərində sənədli filmin çəkilişləri üçün Ukraynada olub. Daha sonra Ukraynaya ikinci dəfə gedən ulduz qaçqınlara da dəstək verib. /Qafqazinfo.az/