“Qarabağ” “Şamaxı”ya rəhm etmədi: Baş məşqçi  məğlubiyyətə dözməyib istefa verdi
    • 15-04-2022, 22:14
    • 307

“Qarabağ” “Şamaxı”ya rəhm etmədi: Baş məşqçi məğlubiyyətə dözməyib istefa verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Çempionatın lideri “Qarabağ” “Şamaxı”nı qəbul edib. “Azersun Arena”dakı qarşılaşma "köhlən atlar"ın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, hələlik cari mövsümün ən böyük hesablı qalibiyyəti olub.

Bu qələbədən sonra xallarını 55-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. 20 xalı olan “Şamaxı” isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, “Şamaxı” klubunun baş məşqçisi Sənan Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb. 

O bildirib ki, acı məğlubiyyətdən sonra rəhbərliklə danışıb: “Gələcək oyunlarda komandaya uğurlar arzu edirəm. Burada kubok qazandım, yaxşı günlərimiz oldu. Amma bu cür məğlubiyyətin ardından qalmaq mümkün deyil”. /Oxu.az/