Zaqatalanın bu kəndində yolların daşlı olması görün insanları nəyə vadar etdi - VİDEO
    • 20-04-2022, 18:44
    • 400

Zaqatalanın bu kəndində yolların daşlı olması görün insanları nəyə vadar etdi - VİDEO

Zaqatalanın ucqar “Danaçı” kəndində demək olar ki, hər evdə motosiklet var.

News24.az xəbər verir ki, bununla bağlı süjet "Xəzər" Televiziyasında yayımlanan "Xəbər ertəsi"ndə yayımlanıb.

Bu cür nəqliyyat vasitəsinin alınması zərurəti isə kəndin yollarının daşlı - kəsəkli olmasından yaranıb. Yolları nahamar olan kənd sakinləri rahat hərəkət etmək üçün özlərinə çıxış yolunu motosiklet almaqda görüblər.

Onların sözlərinə görə, bu nəqliyyat vasitəsi həm ot presslərinin, həm də bərzəxli çərəzlərin daşınmasında köməklərinə çatır.

Qeyd edək ki, Zaqatalanın mərkəzindən 25 km uzaqlıqda olan “Danaçı” kəndində əsasən bağçılıq, əkinçilik və maldarlıqla məşğul olurlar.

Kənd sakinləri 80-ci illərdən başlayaraq təsərrüfat işlərində qənaətcil motosikletlərdən istifadə etməyə başlayıblar.