“Space” TV müsabiqə elan etdi
    • 20-04-2022, 23:39
    • 1 201

“Space” TV müsabiqə elan etdi

“Space” TV “Qədim Ocağın İşığında – Qarabağ Xatirələri” adlı müsabiqə elan edib.

News24.az xəbər verir ki, müsabiqəyə yalnız 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən xatirə nümunələri qəbul olunur.

Qaliblərin mükafatlandırılması dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına yürüş sonrası təşkil olunacaq böyük ədəbi-musiqili proqram çərçivəsində baş tutacaq.

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 5 nəfər qalib seçiləcək. Hər 5 müəllifə 1000 (min) manat pul mükafatı veriləcək. Münsifərin bəyəndiyi xatirələr kitab şəklində nəşr olunacaq və “Space” televiziyasında müəlliflərlə silsilə verlişlər çəkiləcək.
Müsabiqəyə əsər göndərmək müddəti 44 gün olaraq müəyyən edilmişdir. Müsabiqəyə əsərlərin qəbulu 4 iyun 2022-ci il tarixində sona çatacaq. Müsabiqənin nəticələri 15 iyun tarixində elan olunacaq.