Biologiya İnstitutunun iki əməkdaşı vəfat etdi

Biologiya İnstitutunun iki əməkdaşı vəfat etdi Hadisə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun iki əməkdaşı vəfat edib.

Botanika İnstitutundan News24.az-a verilən xəbərə görə AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvü, görkəmli alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Sərkərov 88-ci yaşında dünyasını dəyişib.

Daha bir alim, institutun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ədalət Səmədova isə 91 yaşında vəfat edib.

Allah rəhmət etsin!