"Bolt" sürücüsündən jurnalistə TƏHDİD: “Sürətlə sürürəm, kimə istəyirsən şikayət et” - VİDEO
    • 21-04-2022, 16:13
    • 527

"Bolt" sürücüsündən jurnalistə TƏHDİD: “Sürətlə sürürəm, kimə istəyirsən şikayət et” - VİDEO

Jurnalist Könül İbrahimova tərəfindən saytımıza şikayət daxil olub.

News24.az-ın məlumatına görə, şikayət “Bolt” şirkətinin sürücüsü ilə bağlıdır.

Belə ki, təqribən 00:30 radələrində azyaşlı övladı ilə evinə getmək istəyən jurnalist sürücünün aqressiyası ilə qarşılaşıb. O, başına gələnləri bizimlə bölüşüb:

“Azyaşlı qızımla Masazırda anamgildən evimizə qayıtmaq üçün taksi sifariş etdim. Taksiyə əyləşdik, sürücü avtomobili sürətlə idarə edirdi və telefonda mesajlaşırdı. 20 Yanvar dairəsini keçən zaman artıq dözə bilməyib, irad bildirdim ki, avtomobildə azyaşlı var, həyatımızı təhlükəyə atırsınız. Bu sözlərim sürücünün xoşuna gəlmədi və aqressiv davranışlar göstərməyə başladı. O, bizi avtomobildən düşürəcəyi ilə dəfələrlə hədələdi. Şikayət edəcəyimi deyəndə isə “Bolt”un erməni şirkəti olduğunu bildirdi.

Azyaşlı övladım çox qorxdu. Artıq neçənci dəfədir ki, Bolt ilə bağlı problem yaşayıram və dəfələrlə stataus yazmışam. Sosial şəbəkələrə nəzər yetirsək, şirkətdən çoxsaylı şikayətlər olduğuna şahid olarıq. Bu şirkət iradlara məhəl qoymur, sürücülər isə yoxlanılmır. Kim istəsə, qeydiyyatdan keçib, sürücülük edir və həyatımızı təhlükəyə atır”.