Bakıda 10 yaşlı məktəblini avtomobil vurdu

Bakıda 10 yaşlı məktəblini avtomobil vurdu Hadisə
Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır. /Report.az/